Naxçıvan teleradiosu AZƏRTAC-ı təbrik edib

A- A A+

Naxçıvan teleradiosu AZƏRTAC Dövlət  İnformasiya Agentliyinin 100 illik yubileyi münasibəti ilə bu media orqanına rəsmi təbrik məktubu göndərib.  

NUHÇIXAN-ın məlumatına görə, təbrik məktubunda deyilir:

“Hörmətli həmkarlar!

Azərbaycanın ilk milli informasiya yayımçısı olan AZƏRTAC-ın 100 illik yubileyi münasibəti ilə Sizə ən səmimi  təbriklərimizi çatdırır, gələcək fəaliyyətinizdə daha böyük uğurlar arzulayırıq.

AZƏRTAC Dövlət  İnformasiya Agentliyinin keçdiyi çətin, lakin şərəfli yol hər bir media qurumu üçün nümunə gücündədir.

Hər bir tarixi mərhələdə üzərinə düşən missiyanı peşəkarlıqla yerinə yetirən agentlik Azərbaycanın bir əsrlik tarixi salnaməsini yazmaq şərəfinə nail olub. İlk milli xəbər agentliyimiz yarandığı gündən indiyədək Azərbaycan həqiqətlərini dünyaya çatdırıb, rəsmi və dəqiq informasiyanın ilk mənbəyi kimi seçilib. Hal-hazırda da 8 dildə fasiləsiz informasiya yaymaqla, peşəkar rəhbərliyi və yaradıcı heyəti ilə mötəbər xəbər qaynağı kimi qəbul olunur, ölkəmizin informasiya sahəsindəki maraqlarının keşiyində qətiyyətlə dayanır.

AZƏRTAC həm də Naxçıvan teleradiosunun və onun “Nuhçıxan” İnformasiya Agentliyinin də tərəfdaşlarından biridir. Agentlik mütəmadi olaraq Naxçıvan Muxtar Respublikasının tarixi, sosial-mədəni və iqtisadi inkişafı, qədim diyarda həyata keçirilən quruculuq və tərəqqi prosesləri ilə əlaqədar  operativ informasiyalar yayır.

Hörmətli həmkarlar, Naxçıvan Dövlət Teleradiosu və “Nuhçıxan” İnformasiya Agentliyinin kollektivi adından Sizə bir daha ən səmimi arzularımızı çatdırır, hər birinizə  möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq”.

Hörmətlə,

Sahil Tahirli,

Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: