Hacıqabulda zəlzələ olub

A- A A+

Martın 2-də Əli-Bayramlı seysmoloji stansiyasından 34 kilometr şimal-qərbdə Hacıqabulda maqnitudası 3.2 olan zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:33-də qeydə alınıb.

Ocağı 3 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: