Şərur rayonunun daha iki yaşayış məntəqəsi abadlaşdırılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Şərur rayonunun Muğancıq-Mehrab və Məmmədsabir kəndlərində təmizlik işləri və yaşıllaşdırma aksiyası keçirilib.
Aksiya iştirakçıları kəndlərin ərazisində salınan yeni meyvə bağları və yaşıllıq zolaqlarında təmizlik və abadlıq işləri aparıb, tinglərin gövdələrini ağardıblar. Bəzi yerlərdə torpaqyumşaltma işləri görülüb, ərazilər daş və kol-kosdan təmizlənib.
Qeyd edək ki, hər iki yaşayış məntəqəsində yeni sosial obyektlər- məktəb binası, kənd və xidmət mərkəzləri, həmçinin səhiyyə ocaqları inşa olunub. Yaxın günlərdə bu obyektlər sakinlərin istifadəsinə veriləcək. Bununla da Muğancıq-Mehrab və Məmmədsabir kəndləri müasirləşən yaşayış məntəqələri sırasına qoşulacaq.
Məhəmməd Fərəcov