Sosial könüllülər bu dəfə sağlamlıq imkanları məhdud istedadlı uşaqlarla görüşüb - FOTOLAR

A- A A+

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtının səmərəli təşkili, istedadlarının üzə çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə sosial könüllülərlə sağlamlıq imkanları məhdud istedadlı uşaqların görüşü keçirilib.

NUHÇIXAN xəbər verir ki, sosial könüllülər əvvəlcə,  Naxçıvan şəhərində yaşayan sağlamlıq imkanları məhdud istedadlı uşaq İlham Əbilovun qonağı olublar.  İlhamın hazırladığı uşaq oyuncaqları və rəsm əsərləri gənclər tərəfindən  maraqla qarşılanıb. Daha sonra, digər fiziki məhdudiyyətli uşaq Hüseyn Novruzovu ziyarət edən gənclər, onun qazandığı nailiyyətləri əks etdirən albom və diplomlarla tanış olub, uğur yoluna birgə nəzər salıblar.

Görüşün davamında, sosial könüllülər Uşaq Bərpa Mərkəzində uşaqlara göstərilən tibbi xidmətlərlə tanış olublar. Hüseyn Novruzovun istəyi ilə Naxçıvan Şahmat Mərkəzinə gələn könüllülər, burada uşaqlarla maraqlı vaxt keçiriblər. Mərkəzin müəllimi tərəfindən gənclərə şahmat haqqında maraqlı informasiyalar verilib. Növbəti məkan Naxçıvan Rəssamlar Birliyi olub. Burada sosial könüllülər İlham Əbilova növbəti rəsm əsərini çəkməkdə kömək ediblər.

Görüş şəhər gəzintisi və nahar süfrəsi ətrafında davam etdirilib.

Xanım Rüstəmzadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: