“Poliqon” Strateji İntellekt oyunu üzrə III Universiadanın Azərbaycan birinciliyində Naxçıvan Muxtar Respublikasını “Diplomat” komandası 101 komanda arasında uğurlu nəticə göstərib.
NUHÇIXAN xəbər verir ki, komanda birinciliyi üçüncü pillədə başa vurub.
Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd xalqımızın tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini təbliğ etmək, gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsini aşılamaq, milli intellektual oyunlar hərəkatını genişləndirmək və bu fəaliyyətin ənənəvi forma almasını təmin etməkdir. Gənclərin intellektual və strategiya qurmaq potensiallarını üzə çıxarmaq, onları zərərli vərdişlərdən çəkindirmək və asudə vaxtlarının səmərəli təşkilinə nail olmaq da layihənin əsas məqsədləri sırasında yer alır.