Aqrar sığortanın əhəmiyyəti mövzusunda maarifləndirici tədbir

A- A A+

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi mütəxəssisləri və Aqrar Sığorta Fondunun idarə heyyəti Culfa Rayon İcra Hakimiyyəti ilə birlikdə Culfa rayonunun Ərəzin kəndində  “Aqrar sığorta fondunun yaradılmasının əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçiriblər.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, tədbir ailə təsərrüfatı başçıları və torpaq mülkiyyətçilərinin iştirakı ilə baş tutub. Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Aqrar Sığorta Fondunun idarə heyyətinin sədri Zəkəriyyə Gözəlov Aqrar Sığorta Fondunun yaradılmasının əhəmiyyətindən danışıb. Bildirib ki, Aqrar sığorta sisteminin tətbiqi ilə kənd təsərrüfatı məhsulları istehsalının davamlılığı və dayanıqlılığı təmin olunacaq. Bu sistemin təkmilləşdirilməsi muxtar respublikada idxaldan asılılığın azaldılmasına və ixrac potensialının artmasına mühüm töhfə verməklə bərabər, aqrar sahədə çalışan sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdıracaq.

Tədbirdə digər çıxış edənlər vurğulayıb ki, aqrar sığorta predmetləri təbiət hadisələri, o cümlədən təbii fəlakətlər, yanğınlar, zəlzələlər, qasırğa, fırtına, dolu, torpaq sürüşməsi, bitki xəstəlikləri və zərərvericilər, yoluxucu xəstəliklər, zəhərlənmələr, ilan və ya həşərat sancması nəticəsində ölüm, kütləvi zəhərlənmələr nəticəsində ölüm, zəhərli otlar və yemlərdən istifadə, vəhşi heyvanların hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu, üçüncü şəxslərin hərəkətləri üzrə risklərin bir və ya bir neçəsindən sığortalanırlar.

 Sonda Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb   

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: