Avropa İttifaqı (Aİ) üzv ölkələrdə COVID-19 koronavirusuna yoluxma riskini orta səviyyədən yüksək səviyyəyə qaldırıb.
NUHÇIXAN Latviyanın “Delfi” saytına istinadla verir ki, bu sözləri Avropa Komissiyasının sədri Ursula Von der Leyen Brüsseldə mətbuat konfransında söyləyib.
“Avropa İttifaqı eyni zamanda xəstəliklə mübarizə aparmaq üçün 230 milyon avrodan çox vəsait ayırıb”, - deyə Aİ-nin Böhranın İdarə Olunması üzrə Komissarı Yanez Lenarçiç bildirib.
O qeyd edib ki, Avropa Komissiyası COVID-19 virusu ilə mübarizə aparmaq məqsədilə əlavə vəsaitlərin cəlb edilməsi imkanlarını araşdırır, eyni zamanda əczaçılıq sənayesinə də yatırım tələb olunur.