NUHÇIXAN xəbər verir ki, muxtar respublika ərazisindəki tütün əkini sahələrində mövsümi becərmələrə başlanılıb.
Bu il yüksək gəlir gətirən sahə olduğu nəzərə alınaraq, muxtar respublika ərazisində 22,1 hektarı “Oriental”, 20 hektarı isə “Vircinya” olmaqla, ümumilikdə 41,1 hektar sahədə yerli şəraitə uyğunlaşdırılmış tütün əkini aparılıb.
Şərur rayon sahibkarları da bu gəlirli sahə ilə məşğul olub. Onlar 11,3 hektar sahədə tütün əkiblər.
Hazırda əkilən sahələrdə kağ və kultivasiya işləri həyata keçirilib.
Qeyd edək ki, ötən il yalnız Kəngərli rayonu ərazisində 9 hektar sahədə tütün əkini aparılıb.
Nicat Quliyev
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.