Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin təbliğat üzrə baş inspektoru, polis baş leytenantı Ayaz İsmayılovun NUHÇIXAN-a verdiyi məlumata görə, Naxçıvan şəhərinin küçə və yollarında yol hərəkətı təhlükəsizliyinin daha da effektiv təmin olunması və nəqliyyat sıxlığının aradan qaldırılıması məqsədi ilə bəzi yol ayrıclarında quraşdırılan işıqforların iş rejiminə dəyişiklik edilməklə sağa dönmə bölməsi əlavə olunaraq daimi yaşıl işıq verilib. Belə ki, Əliabad qəsəbəsi istiqamətindən İ. Səfərli küçəsinə (avtovağzalın yanı), Ə.Əliyev küçəsindən Şahbuz rayon istiqamətinə (Doğum mərkəzinin önü) , C.Məmmədquluzadə küçəsindən Xiyabani küçəsinə ( Koroğlu heykəlinin yanı) və Ə.Əliyev küçəsindən C.Məmmədquluzadə küçəsinə ( Koroğlu heykəlinin yanı) tərəf sağa dönən sürücülər piyadalara yol vermək şərti ilə nəzərdə tutulmuş istiqamatdə dayanmadan hərəkət edə bilərlər.