Babək rayonunda 239 nəfərə sosial sığorta şəhadətnaməsi verilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsi tərəfindən fərdi uçot sisteminin təşkili sahəsində vətəndaşların maarifləndirilməsinə dair tədbir keçirilib.
NUHÇIXAN xəbər verir ki, tədbirdə qeyd edilib ki, ötən ilin oktyabr ayından sonra rayon üzrə yeni əmək fəaliyyətinə başlayan 239 sığortaolunan sosial sığorta şəhadətnaməsi ilə təmin edilib. Bunlardan 98 nəfəri dövlət müəssisə və təşkilatlarda çalışanlar, 45 nəfər özəl müəssisədə çalışanlar, 93 nəfər fiziki şəxs, 3 nəfər isə torpaq mülkiyyətçisi olub.
Həmçinin vurğulanıb ki, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən məcburi dövlət sığorta haqqı əmək ödənişinə nisbətdə faizlə müəyyən edilir və sığortaedənin və ya sığortaolunanın vəsaitləri hesabına ödənilir.
Tədbirin sonunda yeni əmək fəaliyyətinə başlayan sığortaolunanlara sosial sığorta şəhadətnaməsi təqdim edilib.