NUHÇIXAN xəbər verir ki, bu fikir Kəngərli rayon Böyükdüz kəndində ölkədə gedən inkişaf və tərəqqi ilə bağlı keçirilən tədbirdə səsləndirilib.
Tədbirdə YAP Kəngərli Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva bildirib ki, ümummilli lider Heydər Əliyevlə başlayan yeni Azərbaycanın quruculuğu bu günkü uğurların təməlidir. Ümummilli liderimizin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə iqtisadiyyatın inkişafı xüsusilə diqqət mərkəzində saxlanılıb.
Azərbaycanın demokratik quruculuq və inkişaf yolu milli xüsusiyyətlər və xalqın mənəvi dəyərləri nəzərə alınmaqla həyata keçirilir. Ölkədə siyasi və milli ideoloji birliyin təməli qoyulub, dövlətçilik ənənələri milli düşüncə tərzinə çevrilib.
Təşkilatın sədri qeyd edib ki, ölkə başçısının təşəbbüsü və rəhbərliyi ilə reallaşan iri yerli və regional layihələr nəticəsində Azərbaycan dövləti öz iqtisadi nəticələri ilə dünyanın aparıcı dövlətləri sırasında sürətli iqtisadi inkişaf dövrünü yaşayır. Bu gün ulu öndər Heydər Əliyevin başlatdığı genişmiqyaslı quruculuq işlərinin davam etdirilməsi nəticəsində Naxçıvan Muxtar Respublikası yüksək inkişaf dövrünü yaşayır.
Tədbirdə mövzu ətrafında digər çıxışlar da dinlənilib.
Nurlan Sadiqov