“Azərbaycan kitabı” layihəsi Naxçıvanda - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Heydər Əliyev Fondunun layihəsi çərçivəsində hazırlanan “Azərbaycan kitabı” layihəsində muxtar respublika haqqında ətraflı məlumat veriləcək. Bununla bağlı martın 1-dən Naxçıvana gələn yaradıcı heyət bir çox yerlərdə olub, maraqlı video və fotolar çəkiblər. Lahiyənin rəhbəri Orxan Aslanov, videoqrafı isə Kənan Muraddır.
“Azərbaycan kitabı” 2010-cu ildən çap olunur. Ölkəmiz haqqında müfəssəl məlumat vermək məqsədi ilə hazırlanan nəşrdə toplanan fotoşəkillər xalqımızın qədim tarixi, mədəniyyəti, ənənələri, etnoqrafik xüsusiyyətləri ilə yanaşı, Azərbaycanın müasir simasını təcəssüm etdirir.
Qeyd edək ki, layihə gələn il tamamlanacaq.
Sadiq Məmmədov