Maliyyə Nazirliyində təlimlərə start verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Maliyyə Nazirliyində “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu və Vergi Məcəlləsində edilmiş əlavə və dəyişikliklərlə bağlı təlimlərə başlanılıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova təlim haqqında  ümumi məlumat verib, əhəmiyyəti və məqsədi barədə danışıb.

Sonra Maliyyə Nazirliyi Aparatının baş məsləhətçi - mühasibi Məmmədnağı Əkbərov və Nazirliyin şöbə müdiri Zahid Qənbərovun çıxışları dinlənilib.

Sonda mövzu ilə bağlı dinləyiciləri maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb və iştirakçılara təlimin əsas məqamlarının əks olunduğu bukletlər təqdim edilib.

Qeyd edək ki, martın 17-dək davam edəcək təlimlərin ilk günündə müxtəlif büdcə təşkilatlarından olan 40 maliyyə və mühasibatlıq işçisi iştirak edib.

                                                                                      Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: