Ali təhsil ocağında 8 mart Beynəlxalq Qadınlar Günü qeyd olunub - FOTOLAR

A- A A+

“Naxçıvan” Universitetində 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

NUHÇIXAN xəbər verir ki, tədbirdə universitetin rektoru Nurlana Əliyeva tariximizin hər bir dövründə cəmiyyətin sarsılmaz mənəvi dayağı olan qadınların fəaliyyətindən  danışıb. Rektor bildirib ki, Azərbaycan tarixinin bütün mərhələlərində, ən ağır dövrlərdə qadınlarımız cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Onlar ailədə, cəmiyyətdə və döyüş meydanlarında həyat yoldaşları ilə çiyin-çiyinə dayanıblar.

Naxçıvan Universitetində də qadınların təlim-tədris prosesində uğurla təmsil olunduqlarını diqqətə çatdıran  rektor qadınları, eləcə də gənc xanım tələbələri təbrik edib.

Universitet tələbələrinin ifasında mahnılar və şeirlər səslənib, səhnəcliklər göstərilib.

                                                                           Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: