Daimi Nümayəndəlikdə 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub.

Tədbirdə çıxış edən Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov xanımları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara xoşbəxtlik, möhkəm can sağlığı və işlərində müvəffəqiyyətlər arzulayıb.

Bəxtiyar Əsgərov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası da bu gün ölkəmizdə həyata keçirilən Heydər Əliyev siyasətinin tam ruhuna uyğun olaraq, qadınların dövlət aparatlarında, seçkili və seçkisiz orqanlarda irəliyə çəkilməsi, onların potensialından istifadə olunması, cəmiyyətmizin aparıcı hissəsi olan qadınların imkanlarından yetərincə bəhrələnmək siyasətinə sadiqliyini ortaya qoymaqdadır. Ulu öndərimiz tərəfindən əsası qoyulan dövlət qadın siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı sayəsində muxtar respublikada qadınların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bu gün müasirləşən və inkişaf edən muxtar respublikamızda bütün sahələrdə yaradılan şərait qadınların ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də öz potensiallarını sərbəst, səmərəli şəkildə reallaşdırmalarına yol açır. Bir sözlə, muxtar respublika qadınları öz fəaliyyətləri ilə Naxçıvanın sosial-iqtisadi, ictimai-siyasi həyatında yaxından iştirak edir, öz layiqli töhfələrini verirlər.

Sonda xanımlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: