Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunan tədbir olub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat muzeyində böyük dramaturq və tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə   həsr olunan “Azərbaycan realist  və demokratik ədəbiyyatının görkəmli nümayəndəsi-Əbdürrəhim bəy Haqverdiyev”   adlı  tədbir  keçirilib.

Tədbirdə Ədəbiyyat muzeyinin direktoru Aləmzər İbrahimova Əbdürrəhim bəy Haqverdiyev  yaradıcılığından bəhs edib. 

Qeyd olunub ki, nasir, publisist və teatr təşkilatçısı və  ictimai xadim Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətlər göstərib. Məhz bu kimi xidmətlərini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev “Əbdülrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 31 yanvar 2020-ci il tarixdə Sərəncam imzalayıb.  

Əməkdar elm xadimi Hüseyn Həşimli və  Filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov  Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılıq  yolundan, “Molla Nəsrəddin”çilik fəaliyyətindən söz açıblar.  Vurğulanıb ki, Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynayıb, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına təsir göstərən mütəfəkkirdir.

Sonda tədbir iştirakçıları Əbdürrəhim bəy Haqverdiyevə həsr olunmuş guşəyələ tanış olublar.

Lalə Allahverdiyeva

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: