Maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” adlı təlim yekunlaşıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” adlı təlim sona çatıb.
NUHÇIXAN xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova açaraq bildirib ki, muxtar respublikada yaradılan şərait qadınların ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də öz potensiallarını sərbəst, səmərəli şəkildə reallaşdırmalarına yol açır. Bugünkü təlimin də keçirilməsi qadınların bu gün və gələcəkdə sahibkarlıq fəaliyyətlərinə dəstək göstərilməsidir.
Tədbirin mahiyyəti və aktuallığı barədə isə Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova geniş məlumat verərək bu təlimin iştirakçılar üçün mühüm əhəmiyyətindən ətraflı bəhs edib.
Təlim gündəliyinə uyğun olaraq bir sıra mövzular barədə slaytlar vasitəsilə məlumat verilib və mövzuya uyğun olaraq iştirakçıların təqdimatları dinlənilib.
Sonda təlimdə iştirak edən 30 nəfərə sertifikatlar təqdim olunub.