Şahbuz rayonunda sağlamlıq imkanları məhdud qadınlara hədiyyələr paylanılıb - FOTOLAR

A- A A+

Muxtar Respublikada yaşayan bütün kateqoriyadan olan qadınlar kimi sağlamlıq imkanları məhdud qadınlar da dövlətimizin qayğısı ilə əhatə olunublar.Onların sağlamlıqlarının qorunması və bərpası, peşə kurslarına cəlbi, əl işlərinin satışınının təmin olunması, pensiya və müavinətlərinin artırılması, cəmiyyətə inteqrasiyası istiqamətində dövlətimiz tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

NUHÇIXAN xəbər verir ki, bu fikirlər 8 mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində sağlamlıq imkanları məhdud qadınlarla keçirilən görüşdə səslənib. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şahbuz rayon İcra Hakimiyyətinin birgə təşkilatçı­lığı ilə Şahbuz rayonunun Kükü kəndində yaşayan sağlamlıq  imkanları məhdud Mirvari və Şəfa Qurbanova bacılarına baş çəkilib.

Qeyd olunan təşkilatların əməkdaşları Qurbanova bacılarını təbrik edərək, onlara gül buketi, ərzaq payı və hədiyyələr təqdim ediblər.

Sonda ailənin üzvləri dövlətimiz tərəfindən onlara göstərilən dəstəyi görə öz minnətdarlıqlarını bildiriblər.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: