Qadınlara həsr olunan sərgi:Qadınlar və güllər - FOTOLAR
YAP Qadınlar Şurasının iştirakı və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində “Qadınlar və güllər” mövzusunda açıq hava altında rəsm sərgisi olub.
NUHÇIXAN xəbər verir ki, 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil edilən sərgidə 50-dən çox rəsm əsəri nümayiş olunub. Sərgidə çıxış edənlər qadınların ictimai, siyasi və mədəni həyatdakı rolundan danışıblar.
Sərginin ekspozisiyasında qadın gözəlliyinə və zərifliyinə həsr olunan “Güllər”, “Lalələr”, “Yasəmən”, “Yar”, “Şad günlər” və “Zəriflik” kimi rəsm əsərləri orjinallığı ilə diqqəti cəlb edib.
Qeyd edək ki, açıq səma altında sərgidə gənc rəssamlara ustad dərsi də keçirilib.
Şəhla Nəbiyeva