Naxçıvanda kartof toxumunun satışına başlanıldı - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətində toxumluq kartofun satışına başlanılıb. Müəssisədə hazırda iki-Santa və Morabel növlərində olan toxumluq kartofların kiloqramı 60-65 qəpiyə torpaq mülkiyyətçilərinə satılır.  Bu növdə olan kartoflar Naxçıvan Muxtar Respublikasının iqlim şəraitinə uyğundur.

Qeyd edək ki, muxtar respublikada 2019-cu ildə əkilən 3228 hektar  kartof  sahələrindən 50 min 92 ton kartof yığılıb ki, bu da bir il öncəki göstəricini üstələyir. 

Röyal Kərimov

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: