Yeni Azərbaycan Partiyasının sıralarının genişlənməsi ötən il ərzində də davam edib, bu dövr ərzində 26 min nəfərdən çox yeni üzv qəbul olunub.
NUHÇIXAN xəbər verir ki, bu barədə partiyanın İdarə Heyətinin iclasında məlumat verilib.
Bildirilib ki, partiyanın üzvlərinin sayı 756 min nəfəri keçib. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib.