“Arpaçay” Dövlət Təbiət Yasaqlığının ərazisində yaşıllaşdırma işləri görülüb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Arpaçay” Dövlət Təbiət Yasaqlığının ərazisində toxumla bərpa işləri aparılıb. Tədbir zamanı sərhəd yaşayış məntəqəsi olan  Şahbulaq kəndi yaxınlığında  4 hektar sahəyə yemişan, həmərsin, badamça, iydə və ardıc bitkilərinin toxumları əkilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə  Şərur rayonunda ötən il 13 hektar sahədə, xüsusən də Havuş kəndinin yaxınlığında və Qaraquş ərazisində toxumla bərpa işləri aparılıb. Bu kimi tədbirlərin  2020-ci il ərzində yaz və payız mövsümündə davam etdirilməsi nəzərdə tutulur.        

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: