Sədərək könüllüləri şəhid ailələrini ziyarət edib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, “Sədərək könüllülər qrupu” Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrindən olan qadınların bayramlarını təbrik ediblər.
Könüllülər rayonda yerləşən şəhidlər xiyabani ziyarət etdikdən sonra Heydərabad qəsəbəsində yaşayan Dilbər Hüseynovanın evində olublar. Sədərək rayonunda yeni istifadəyə verilən binada mənzillə təmin olunan Dilbər Hüseynova bu cür əlamətdar günlərdə onları ziyarət etdikləri üçün könüllülərə öz minnətdarlığın bildirib.
Qeyd edək ki, həmin gün Sədərək könüllüləri vətən uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Şükür Vəliyevin, Mehman Abbasovun və Mübariz Şahverdiyevin ailələrini də ziyarət ediblər.
Nurlan Sadiqov