8 mart-Beynəlxalq Qadınlar Bayramı Günü münasibətilə Naxçıvanda yaşayan yeganə Sosialist Əməyi Qəhrəmanı olan Həvayət Qurbanova ilə görüş keçirilib.
NUHÇIXAN xəbər verir ki, görüşdə iştirak edən Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Həvayət xanımı bayram münasibətilə təbrik edib, ona hədiyyələr və gül dəstələri təqdim ediblər.
Görüşdə Həvayət xanımın oğlu Mehman Məmmədov və gəlini Mehriban İmanova göstərilən qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Sonda qonaqlar Həvayət Qurbanova ilə xatirə şəkli çəkdiriblər.
Səftər Sadiqov