Kartof əkinlərində məhsuldar toxumlardan istifadə olunması və əkinin optimal müddətdə keçirilməsi vacib şərtlərdəndir.

A- A A+

Əvəzolunmaz qidalarımızdan  olan kartofa  əbəs yerə  “ ikinci çörək” deməyiblər.  Muxtar respublikanın da  torpaq-iqlim şəraiti,göstərilən dövlət qayğısı  qiymətli ərzaq məhsulu olan kartofun əkilib-becərilməsinə geniş imkanlar yaradıb. Mütəxəssislər bildirirlər ki,  kartof əkinlərini məhsuldar və kondisiyalı toxumlarla optimal müddətdə keçirdikdə, düzgün aqrotexniki qulluq göstərdikdə vahid sahədən başqa bitkilərə nisbətən daha artıq gəlir götürmək olur. Kartof münbit, dənəvər, havanı yaxşı keçirən, yüngül, qumsal az və orta gilli torpaqları sevir. Bu bitkinin qida maddələrinə tələbatı böyükdür. Kartof əkiləcək sahənin hazırlanmasına payızda başlamaq vacibdir. Sələf bitkiləri yığılan kimi sahəyə hər hektara 20-30 ton hesabı ilə üzvi gübrə verilməli, sahə şumlanmalıdır. Kartof üzvi və mineral gübrələrə tələbkar bitkidir.

Təxminən 4 aya yetişən kartofun bol məhsul verməsi üçün üç isə  keyfiyyətli toxum, əkinin optimal müddətdə keçirilməsi və  düzgün qulluq vacib amildir.

Beləki ,əkin üçün istifadə olunacaq yumrular standarta uyğun, sağlam cücərmə qabiliyyətinə malik və yüksək reproduksiyalı, 50-80 qram  kütləsində olması məsləhətdir. Diqqət etmək lazımdır ki, onların üstündə heç bir xəstəlik, göbələk əlaməti olmasın, uzunsov, yaxud armudvari kartoflar toxum üçün yararlı deyil. Əkin zamanı nəzərə almaq lazımdır ki, toxumun üstündəki zoğlar çox böyük olmasın. Zoğlar uzun olarsa toxum lazımi oksigenlə qidalana bilmir, rütubətdə çürüyür, məhv olur. Toxum günəşli və açıq havada səpilməlidir. Fermerlərin ən böyük səhvlərindən biri kartofu hər il eyni yerə əkmələridir. Ancaq təcrübə göstərir ki, məhsuldarlığın artması üçün kartof əkiləcək yer hər il dəyişdirilməlidir.

Muxtar respublikamızın iqliminə uyğun olaraq əkin müddətinin başlaması aran zonalarda fevral ayının 20-dən, dağlıq və dağətəyi zonalarda isə martın sonundan aprelin sonuna qədər optimal müddət sayılır.

Əli HÜSEYNOV

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: