Sahələrdə şum qaldırma işlərinə başlanılıb

A- A A+

Torpaq şumunun vaxtında aparılması torpağı zənginləşdirir. Sahələrə səpilən gübrələr şumlanma vasitəsilə qarışdırılır. Beləliklə ata-babalarımızın əsrlərin sınağından uğurla çıxardığı belə təcrübələrə əsaslanan torpaq mülkiyyətçiləri və fermerlər əkin üçün ilkin tədbir hesab olunan torpaq şumunu sürətlə davam etdirirlər.

Erkən şum edilən torpaqdakı müxtəlif zərərvericilər, bitki qalıqları və alaq toxumları günəş şüalarının təsirindən məhv olur.  Sədərək rayonunda indiyədək 27 hektarda şum aparılıb. Şumlanmış sahələrin tapanlanması, çizellənməsi üçün də kifayət qədər texnika və aqreqat var. Əkin üçün yaradılan toxum ehtiyatının səpindən qabaq dərmanlanması üçün lazım olan preparatlar da tədarük edilib.

                                                                            “Oğuz yurdu”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: