Şərurda dezinfeksiya işləri davam etdirilir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Şərur rayonunda qabaqlayıcı profilaktiki tədbirlər məqsədilə dezinfeksiya işləri davam etdirilir.
Bir həftədən çoxdur ki, Şərur rayonunda əhalinin sıx olduğu yerlərdə, ümumtəhsil məktəblərində, bağça və səhiyyə ocaqlarında, vağzallarda dezinfeksiya işləri həyata keçirilir. Rayon gigiyena və epidemiologiya mərkəzinin əməkdaşları Şərur Olimpiya İdman Kompleksində də dezinfeksiya işləri aparıblar. Kompleksin əl oyunları zalı, üzgüçülük hovuzu, foyelər, mehmanxana, yataq və digər yerlər dərmanlanıb.
Şərur Fizika-Riyaziyyat Təmayüllü Liseydə də dezinfeksiya işləri aparılıb. Təhsil ocağının sinif otaqları, yeməkxana və yataqxanasında, həmçinin foyelərdə dezinfeksiya işləri aparılmaqla qabaqlayıcı profilaktik tədbirlər görülüb.
Məhəmməd Fərəcov