Muxtar respublikada yaz əkinlərinə başlanıldı - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, bu gündən yaşıllıqların salınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Duzdağ Fizioterapiya mərkəzinə gedən yolun kənarında 2 hektar ərazidə tinglərin əkilməsi üçün hazırlıq işlərinə start veriblər. Həmçinin əkinlərin mütəşəkkil və vaxtında aparılması üçün əraziyə texnikalar da cəlb olunub.
Yaz əkinləri zamanı ting əkinləri ilə yanaşı toxumla əkin işləri də aparılacaq. Ümümilikdə bu mövsümdə 260 hektardan artıq sahədə əkin aparılması nərəzdə tutulub.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yeni yaşıllıq zolaqları və meyvə bağları salmaq istəyən ailə təsərrüfatçılarına pulsuz meyvə və meşə tingləri də verilir. Gələcəkdə tingə olan tələbatın ödənilməsi məqsədilə bu il 2 hektar sahədə yeni toxumcarlıq sahəsi də yaradılacaq.
Sadiq Məmmədov