Naxçıvan şəhər və kənd qəbiristanlıqlarında təmizlik işləri aparılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, bu gün Naxçıvan şəhər və kənd qəbiristanlıqlarında təmizlik işləri aparılıb. Şəhər idarə, müəssisə və təşkilatların kollektivləri burada ərazini otlardan, daşlardan və tullantılardan təmizləyib, səliqə-sahman yaradıblar.

Qeyd edək ki, təmizlik işləri aparıldıqdan sonra qəbiristanlıqlarda dezinfeksiya işləri də görülür. Məqsəd ziyarətə gələnlərin sağlamlığını qorumaqdır. Şəhərin əhatə etdiyi Əliabad qəsəbəsində, Tumbul, Qaraçuq, Bulqan, Qaraxanbəyli kəndlərində də qəbiristanlıqlarda səliqə-sahman yaradılıb. Ümumilikdə muxtar respublikamızda həyata keçirilən bu kimi tədbirlər insanları mənəvi saflığa, həmrəylik nümayiş etdirməyə çağırır.

                                                                                   Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: