Martın 8-də səhər Xəzər dənizində 3 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) NUHÇIXAN-a bildiriblər ki, yeraltı təkanlar yerli vaxtla 08:51-də qeydə alınıb.
Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss olunmayıb.