Zəngəzur Milli Parkının ərazisinə toxum əkini davam etdirilir - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən təbii bərpaya kömək məqsədi ilə Zəngəzur Milli Parkının Şəbgə adlanan ərazisində ağac və kol bitkilərinin toxumları əkilib.
NUHÇIXAN xəbər verir ki, Zəngəzur Milli Parkının Şəbgə adlanan hissəsində 5 hektara yaxın ərazidə xəstəliyə və quraqlığa davamlı olan badamça, yemişan və həmərsin toxumları əkilib.
Qeyd edək ki, muxtar respublikada yaşıllıqların qorunması və artırılmasına xüsusi diqqət göstərilir. Davamlı olaraq Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ağac və kolların təbii bərpasına köməklik məqsədilə yeni meyvə tingiləri əkilir və toxum üsulu ilə əkin bərpa işləri aparılır.
Sadiq Məmmmədov