Kəngərli rayonunda bayram aksiyası: ərazilər təmizlənir, tinglər əkilir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Kəngərli rayonunda yel çərşənbəsinə həsr edilən maraqlı aksiya keçirilib.
Bayramqabağı aparılan aksiya təmizlik işlərinə həsr edilib. Bundan başqa rayonun ərazisində yolların kənarlarına yeni tinglər əkilib, yaşıllıqların artırılması istiqamətində bir çox işlər görülüb. Aksiya əsasən Naxçıvan-Sədərək magistral yolunun Böyükdüz və Xok kəndləri ərazisində keçirilib. Bu ərazilərə 650 ədəd tut və 100 ədəd çinar tingləri salınıb.
Sonra Kəngərli rayon idarə, müəssisə və təşkilatlarının kollektivləri Qarabağlar İmamzadəsi və ətrafındakı köhnə qəbiristanlıq ərazisində təmizlik işləri görüblər. Ərazilər qurumuş otlardan və tullantılardan təmizlənib, səliqə-sahman yaradılıb.
Mahmud Hüseynov