Ədliyə Nazirliyində xidməti müşavirə keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İcra və probasiya şöbə və bölmələrinin əməkdaşlarının iştirakı ilə  baş tutan müşavirədə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qarşıya qoyulan vəzifələrin icrası müzakirə olunub.

NUHÇIXAN xəbər verir ki, müşavirədə Ədliyyə naziri II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev bildirib ki, qarşıya qoyulan vəzifələrin icrasıyla əlaqədar nazirlik tərəfindən maarifləndirmə diqqətdə saxlanılmalı, məhkəmə qərarlarının vaxtında icrasına diqqət yetirilməli və bələdiyyələrin fəaliyyətinə nəzarət düzgün təşkil olunmalıdır.

 2020-ci ilin ötən iki ayı ərzində görülən işlərin statistikası haqqında məlumat verən nazir  nazirliyin icra və probasiya şöbə və bölmələrinin icraatına 2020-ci ilin yanvar və fevral ayları ərzində 610 icra sənədi daxil olduğunu deyib. Ötən illərdən icrası davam etdirilən icra sənədlərindən 563 icra sənədi icra olunaraq icrasına xitam verilib. İcra və probasiya şöbə və bölmələrinin əməkdaşları 2020-ci ilin yanvar və fevral ayları ərzində 224 mülki, 60 inzibati və 45 cinayət işi üzrə olmaqla, ümumilikdə 329 məhkəmə iclasında iştirak ediblər. İcradan yayınan və barələrində axtarış qərarı verilmiş 29 nəfər borclu yanvar və fevral ayları ərzində polis orqanları tərəfindən tutularaq icra və probasiya şöbə və bölmələrinə təhvil verilib.  

Müşavirədə  məruzə ətrafında yerli icra və probasiya qurumlarının rəhbərləri, nazirliyin İcra və probasiya şöbəsinin rəisi və nazir müavini çıxış ediblər.

Nazir sessiyadan irəli gələn tapşırıqları əməkdaşların diqqətinə çatdıraraq, bildirib ki, qarşıya qoyulan vəzifələrin icrasıyla əlaqədar marifləndirmə tədbirlərinə geniş yer verilməlidir. İcra məmurları gündəlik qanunvericlikdə olan dəyişiklikləri izləməli, icra işlərinə baxmalı, hər bir işə fərdi təşəbüskarlıqla yanaşmalı və işlər arasında fərq qoymamalıdırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: