Xüsusi qayğıya ehtiyacı olan 85 uşağa tamaşa göstərilib - FOTOLAR
Komitənin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,
“10 mart-Milli Teatr Günü” münasibətilə aztəminatlı, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud 85 uşağa M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Kəmalə Ağayevanın “Göyçək Fatma” tamaşası nümayiş olunub.
Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilib.