“Ailə təsərrüfatı məhsulları” festivalının keçirilməsi muxtar respublikanın digər bölgələri kimi, Şahbuz rayonunda da fəaliyyət göstərən torpaq mülkiyyətçiləri ilə yanaşı, ailə təsərrüfatlarının da bu sahəyə maraqlarını artırıb.
NUHÇIXAN xəbər verir ki, bu fikirləri Şahbuz rayonunda keçirlən müşavirədə rayon İcra Hakimiyyəti başçısının müavini Tural Quliyev deyib. O bildirib ki, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində davamlı olaraq bir neçə ildir keçirilən festivalda Şahbuz rayonunu təmsil edən ailə təsərrüfatlarının sayı artaraq 80-ə çatıb. Onlar 11 növdə, 76 adda məhsul istehsalı ilə məşğul olurlar. Festivalda 2018-2019-cu illərdə rayonumuzu təmsil edən ailə təsərraftçıları istehsal etdikləri məhsulların keyfiyyətinə, qablaşdırılmasına və bolluğuna görə I dərəcəli diplomlarla təltif ediliblər. 2019-cu ildə keçirilən sərgi-satışa 79 ailə təsərrüfatında 7 tondan artıq kənd təsərrüfatı məhsulu çıxarılıb.
Seminar-müşavirə təşkilatçıların əməkdaşlarının çıxışları ilə davam edib.
Qeyd edək ki, seminar-müşavirə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, İqtisadiyyat Nazirliyinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.