Muxtar respublikada qaz xətlərində təmir-bərpa işləri davam etdirilir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, muxtar respublikanın qaz təsərrüfatında istismar üçün yararsız qaz xətlərinin və avadanlıqların müəyyən edilərək yenilənməsi işləri həyata keçirilir.
2020-ci ildə yeni qaz boru xətlərinin quraşdırılması, yenidənqurma, abadlıq işlərinin görülməsi zamanı onların yerlərinin dəyişdirilməsi, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi işləri davam etdirilir. Yanvar-fevral ayları ərzində muxtar respublika ərazisində bu məqsədlə 40 min 138 paqonometr uzunluğunda polietilen və dəmir borulardan istifadə edilib.
Hazırda Naxçıvan şəhərinin, Babək rayonunun və muxtar respublikanın digər rayonlarının qaz xətlərində təmir-bərpa işləri davam etdirilir.
Qeyd edək ki, Naxçıvan şəhərində smart-kart tipli qaz sayğaclarının quraşdırılması da davam edir.
Əbülfəz Dünyamalıyev