Sürücülərin növbəti eskursiyası Hüseyin Cavidin Ev Muzeyinə olub - FOTOLAR
Muxtar respublikada taksi fəaliyyəti ilə məşğul olan sürücülər üçün təşkil edilən ekskursiyalar davam etdirilir. NUHÇIXAN xəbər verir ki, sürücülərin növbəti eskursiyası Hüseyin Cavidin Ev Muzeyinə olub.
Sürücülərə muzey haqqında geniş məlumat verilib. Bildirilib ki, muzey şairin andan olmasının 100 illiyi münasibəti ilə yaradılıb. Burada şairin şəxsi əşyalarından ibarət 9 mindən artıq eksponat sərgilənir. Ziyarətçilər dahi şəxsiyyətin zəngin irsi, həyat və fəaliyyəti ilə bağlı dolğun məlumat alıblar. Muzeydə şairin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, tamaşaya qoyulmuş dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları qonaqlarda maraq doğurub.
Mahmud Hüseynov