Heydər Əliyev Beynəlxalq Aeroportu sosial şəbəkələrdə yayılmış videomateriala aydınlıq gətirib

A- A A+

Heydər Əliyev Beynəlxalq Aeroportu sosial şəbəkələrdə yayılmış perronda növbə çəkən təcili tibbi yardım avtomobillərinin görüntüləndiyi videomateriala aydınlıq gətirib.

Aeroportun mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, ötən gecə İtaliyadan tranzit gələn 26 sərnişin “Ukrayna Beynəlxalq Hava Yolları”nın Kiyev-Bakı reysi ilə gətirilib. Koronovirusun mümkün yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Hökuməti tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində həmin sərnişinlərin karantinə yerləşdirilməsi və həkim nəzarətinə verilməsi qərara alınıb. Videogörüntülərdəki çoxsaylı təcili tibbi yardım avtomobilləri bununla izah olunur.

Eyni zamanda, bildirilib ki, Bakıya gələn 26 sərnişindən 24-ü İtaliyada daimi yaşayan və ya təhsil alan Azərbaycan vətəndaşı, 2 nəfəri isə əcnəbidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: