“Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətində taktiki-xüsusi təlim keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi tərəfindən “Baş verə biləcək yanğınların qarşısının alınması və söndürülməsi işinin təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətində baş tutan təliminin keçirilməsində əsas məqsəd yanğınların söndürülməsi zamanı yarana biləcək döyüş sahələrinin əyani şəkildə şəxsi heyətə öyrədilməsi, yanğınsöndürənlərin peşə vərdişlərinin artırılması, fabrikin işçiləri ilə qarşılıqlı əlaqədə fabrikdə şərti baş verə biləcək  yanğınların söndürülməsinin təşkilindən ibarətdir.

Təlimə Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin 4 ədəd avtomobili və ümumilikdə 44 nəfər şəxsi heyəti, “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Zil-130” markalı yanğınsöndürmə avtomobili, 6 nəfərdən ibarət könüllü yanğın komandası cəlb olunub.

Təlim uğurla, təhlükəsizlik qaydalarına tam əməl edilməklə başa çatdırılıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: