Tarixi mirasımız- Darkənd su dəyirmanı - VİDEO
Xalqımızın məişət mədəniyyətinin ayrılmaz parçası olan su dəyirmanlarından tarixən Naxçıvanda geniş istifadə olunub. Son illər muxtar respublikada tarixi abidələrin, qədim tikililərin bərpası istiqamətində görülən işlər ruzi-bərəkət rəmzi olan su dəyirmanlarını da əhatə edib. Bu işlərin davamı olaraq Ordubad rayonunun Darkəndindəki su dəyirmanı da yenidən qurularaq sakinlərin istifadəsinə verilib.
Naxçıvan televiziyasının əməkdaşları bununla bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN həmin videomaterialı təqdim edir:
Mədinə Rəhimli