Sosial şəbəkələrdə Bakı şəhərinin bu axşam helikopterlər vasitəsilə dezinfeksiya ediləcəyinə dair məlumatların heç bir əsası yoxdur.
Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan NUHÇIXAN-ın sorğusuna cavab olaraq bildirilib.
Qərargahdan deyilib ki, yayılan məlumatlar şaiyədir, belə bir hazırlıq aparılmır.
Qeyd edək ki, bu tipli şaiyələrin Naxçıvanda yaşayan sosial şəbəkə istifadəçiləri tərəfindən də paylaşıldığı müşahidə olunub.
NUHÇIXAN öz izləyicilərinə bu tip əsassız məlumatlara əhəmiyyət verməməyi və paylaşmamağı tövsiyyə edir.