Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Ordubad rayon şöbəsinin təşkilatçılığı ilə Vənənd kənd məkəzində maarifləndirici tədbir keçirilib.
Fondunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, tədbirdə sığorta-pensiya sisteminin xüsusiyyətləri və bu sahədə görülən işlərlə bağlı iştirakçılara məlumat verilib. Pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsinin əhəmiyyətindən də bəhs edilib. Vurğulanıb ki, kənddə yeni istifadəyə verilən və müasir standartlara cavab verən kənd mərkəzi vətəndaşlara, xüsusilə də yaşlı əmək pensiyaçılarına yüksək səviyyədə xidmət göstərir. Kənd mərkəzində fəaliyyət göstərən poçt bölməsi əmək pensiyalarının pensiyaçılara çatdırılmasında mühüm rol oynayır.