Püsyan kəndində təmizlik aksiyasına start verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, baharın gəlişi ilə əlaqədar Şərur rayonunun Püsyan kəndində təmizlik aksiyasına və yaşıllaşdırma tədbirlərinə başlanılıb.

Keçirilən aksiyanın iştirakçıları kənddəki 2 hektarlıq tut bağında sahələri kol-kosdan təmizləyib, ağacların gövdələrini ağardıb, ətraflarını yumşaldıblar. Eyni zamanda  kəndin ayrı-ayrı məhəllələrində təmizlik işləri görülüb, tullantılar yığılaraq kənara daşınıb.                                            

Kənd mərkəzi və ümumtəhsil məktəbinin  ətraflarında da sahələrə qulluq edilib. Buradakı meyvə bağında  cərgə araları şumlanıb, ağacların gövdələri ağardılıb, quru budama aparılıb. Kənddə başlanılan təmizlik aksiyasına digər yaşayış məntəqələrinin sakinləri də qoşulublar.

                                                                            Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: