Şahbuz rayonunda üzüm bağı salınacaq - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, bu mövsüm rayonun Nursu və Daylaqlı kəndlərinin və Şahbuz şəhərinin ərazisində 5,5 hektar sahədə yeni meyvə, 4 hektar sahədə isə üzüm bağının salınması nəzərdə tutulub. Artıq bunun üçün bağ salınacaq ərazilər müəyyənləşdirilib, tinglər tədarük olunub.
Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq istifadə olunacaq meyvə tingləri, gül kolları və bəzək ağacları rayon Kommunal Müəssisələr Kombinatının tingçilik sahəsində yetişdirilir. Burada rayonun iqliminə uyğun cəviz, badam tumları əkilərək ting materialı kimi istifadə olunur.
Bu ildən başlayaraq isə tingçilik sahəsində həmişəyaşıl ağacların, müxtəlif gül kollarının, çinar və digər bəzək bitkilərinin qələmləri ilə artırılmasına başlanılıb.
Novruz Məmmədov