Muzeylərdə sərgilərin qurulmasının təşkili mövzusunda seminar-treninq - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında “Muzeylərdə tarixi və əlamətdar günlərlə bağlı sərgilərin qurulmasının təşkili” mövzusunda seminar-treninq keçirilib.

Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, muzey əməkdaşlarının iştirakı ilə keçirilən seminar-treninqi Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin baş məsləhətçisi Qumral Əsədova açaraq muxtar respublikada tariximizi əks etdirən materialların qorunması və təbliği işində muzeylərin rolundan danışıb.

Sonra Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədlinin “Sərgilərin qurulmasında muzey əməkdaşlarının rolu” və qelereyanın bələdçisi Tomris Cəlilovanın “Sərgilərin qurulmasında muzey fondlarından istifadə qaydaları” mövzularında çıxışları dinlənilib.

Mövzu ətrafında müzakirələr aparıldıqdan sonra Naxçıvan Dövlət Rəsm Qalereyasının ekspozisiyasına baxış keçirilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: