İyunun 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif haqqında sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında səmərəli əlaqələrin inkişafına görə Mənsur Abbasquli oğlu Ayrom "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı ilə təltif edilsin”.
Qeyd edək ki, Mənsur Ayrom İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulu vəzifəsində çalışır.