Ordubad rayonununda ailə dəyərləri mövzusunda tədbir - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Ordubad rayonunun Vənənd kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova qeyd edib ki, Ordubad rayonu üzrə 17921 uşaq vardır ki, bu uşaqlardan da 143-ü sağlamlıq imkanları məhdud uşaqlardır. Bu da ümumi uşaqların 0.79 faizini təşkil edir. Muxtar respublika üzrə 1847 sağlamlıq imkanları məhdud uşaqlar vardır ki, bu uşaqların da 7.74 faizi Ordubad rayonunun payına düşür.
Ordubad rayonunun Vənənd kəndi üzrə 9 sağlamlıq imkanları məhdud uşaq vardır ki, bu uşaqlardan 7-si anadangəlmə, 2-si isə sonradan qazanılma xəstəliklər səbəbdən sağlamlıqlarını itiriblər.
Sonra Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim ginekoloqu Gültəkin Əliyeva “Qadınlarda virus hepatitlərinin fəsadları, bətndaxilindəki uşağın xəstəlikləri və onlarla mübarizə yolları” mövzusunda çıxış edib
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.