AQTA ictimai iaşə müəssisələrində COVID-19-un profilaktikasına dair metodiki göstərişlər hazırlayıb

A- A A+

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə müəssisələrində COVID-19-un (koronavirus) profilaktikasına dair metodiki göstərişlər hazırlayıb.

Bu barədə NUHÇIXAN-a AQTA-dan bildirilib.

Metodiki göstərişlərdə ictimai iaşə müəssisələrində koronavirusa yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə işçi heyətin virus və ondan qorunma yolları, maarifləndirmə, təmizlik və dezinfeksiya işləri, işçi heyətin şəxsi gigiyena qaydaları əksini tapıb.

Metodiki göstərişlərlə aşağıdakı linkdə tanış olmaq mümkündür:
http://afsa.gov.az/uploads/info/warning/food_pdf1584199415.pdf

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: