Operativ qərargah: Azərbaycan vətəndaşlarının Türkiyədən qayıtması üçün çarter reyslər ayrılacaq

A- A A+

 

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırıldığından Azərbaycana qayıtmaq istəyən şəxslərin geri qaytarılması mexanizmi ilə bağlı martın 15-də əlavə məlumat veriləcək.

Bu barədə NUHÇIXAN-a Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilib.

Bildirilib ki, qeyd olunan şəxslərin Azərbaycana qayıtması üçün çarter reyslər ayrılacaq. Türkiyədən qayıdan şəxslər müayinədən keçiriləcək və zərurət yarandığı halda, 14-28 günlük karantin rejimində saxlanılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: