Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələrindən istifadə əmsalı yüksəlir - VİDEO
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında tapşırılıb ki, gələcəkdə alternativ və bərpaolunan enerji mənbələrindən istifadə diqqətdə saxlanılmalı, istehlakçılar dayanıqlı elektrik enerjisi ilə təmin olunmalı, qarşıdakı dövrdə tələbat tamamilə bərpaolunan enerji mənbələri hesabına ödənilməlidir. Naxçıvanda bu istiqamətdə işlər davam etdirilir. Hazırda Kəngərli rayonunun Qabıllı kəndində 3 meqavat gücündə yeni Günəş Elektrik Stansiyası tikilir.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıb.
NUHÇIXAN həmin videomaterialı təqdim edir
Əbülfəz Dünyamalıyev